Tam Maliyyələşdirilir: SAL Azərbaycan 2018 Məzunu üçün Amerikada LL.M

Birdəfəlik Tam 100% təhsil təqaüdü və Çikaqoda Çikaqo-Kent Kollecində LL.M dərəcəsi üçün 75% təhsil təqaüdü

Yeni ərizə üçün son tarixi: 15 sentyabr 2017-ci il

 

Amerikada yerləşən hüquq məktəbi - Çikaqo-Kent Hüquq Kolleci Azərbaycandakı Amerika hüquq məktəbi ilə birlikdə Azərbaycanlı hüquqşünaslar üçün 75% təhsil təqaüdlü iki əlaqəli proqram elan edir:

  • Birbaşa Azərbaycan, Bakıda Amerika Hüquq Məktəbinin Sertifikat Proqramı və
  • ABŞ, İllinoys, Çikaqoda Çikaqo-Kent Hüquq Kollecində tədris edilən bir-semestrlik LL.M dərəcəsi proqramı.

 


Amerika Hüquq Məktəbi (SAL proqramı) 2017-ci ilin sentyabr ayında başlayıb, 2018-ci ilin may ayında bitir. İki semestrdən ibarət olan proqram ingilis dilində tədris olunan on icbari fənndən ibarətdir və yalnız ABŞ-dan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən tədris olunacaq. Dərs rejimi yalnız həftə sonlarını əhatə etməklə, gün boyu, yəni səhər saat 10-dan başlayaraq, axşam saat 5-ə qədər davam edən mühazirələrdən ibarət olan bir və ya iki fənndən ibarətdir. Məcburi olan on fənn hüququn müasir predmetlərini əhatə edir: Beynəlxalq Biznes Əməliyyatları, E-ticarət, Onlayn Şəkildə Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Əqli Mülkiyyət Hüququ, Qiymətli Kağızlar Hüququ, Qlobal Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər.

 

Bakıda iki semestrlik proqramı bitirdikdən sonra məzunlar ABŞ, İllinoys, Çikaqo-Kent-də LL.M təhsillərini davam etdirə bilərlər. İki semestrlik proqram müddətində əldə edilən kreditlər Çikaqo-Kent Hüquq Kollecində tam şəkildə tanınır. Bu səbəbdən, Çikaqo-Kent-də magistr təhsili "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrdə (bir semestr beş aydır) başa çatır.

 

Proqramın üstünlükləri

  • SAL proqramını bitirən, SAL və LL.M proqramlarına müraciətlər üçün əlavə olaraq TOEFL sertifikatının tələb olunmaması;
  • ABŞ ərazisində kampusdaxili və ya kampusdankənar iş imkanları;
  • ABŞ ərazisində təcrübə proqramları

Təhsil haqqı və təqaüd:

  • SAL Proqramı üçün Azərbaycanda tələb olunan təhsil haqqı 5,900 ABŞ Dolları təşkil edir və təhsil haqqı bir neçə dəfəyə ödənilə bilər;
  • Çikaqo-Kent Hüquq Kollecində magistr proqramı üçün təhsil haqqının 44,000 ABŞ Dolları olmasına baxmayaraq, Amerika Hüququ Proqramı Məktəbinin məzunları üçün həmin məbləğ 10,000 ABŞ Dollarıdır;
  • Çikaqoda Çikaqo-Kent Kollecində LL.M dərəcəsi üçün Birdəfəlik Tam (100%) təhsil təqaüdü – birdəfəlik tam təhsil təqaüdü Çikaqo-Kent Kolleci tərəfindən 2017-2018-ci təhsil illəri, xüsusilə də hazırkı qeydiyyat üçün nəzərdə tutulmuşdur. Təqaüdü əldə etmək üçün tələbələr SAL-da ən azı 3.8 GPA-yə malik olmalıdır. Çikaqo-Kentin Dekanı və SAL-ın Ümumdünya Rəhbəri belə tələbə cavab verən tələbələrin ərizələrinə baxış keçirəcək və ən uyğun tələbəni seçəcəkdir;
  • Fakultativ olan Çikaqo-Kentdəki ikinci semestr üçün isə təhsil haqqı 22,000 ABŞ Dolları əvəzinə 7,250 Dollar təşkil edir.

 

Namizədlər aşağıdakı şəxslər ola bilər:

Hüquq üzrə bakalavr dərəcəsinə malik olan namizədlər və hüquq təhsilinin son ilində olan tələbələr müraciət edə bilərlər. Tələbələrin əksəriyyəti fəaliyyət göstərən hüquqşünaslardır

 

Təqdim edilən sənədlər: bütün müraciət edən şəxslər 15 sentyabr 2017-ci il tarixinə kimi aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Tövsiyyə edən şəxshaqqında  əlaqə məlumatları göstərmək şərti ilə olan İngilis dilində CV;
  • Şəxsiyyəti təsdiq edən sənəd və/və ya pasportun surəti;
  • Diplomun və ya Bakalavr tələbələri üçün universitet arayışının elektron surəti/surətləri.


Sənədlər bu ünvanlara göndərilməlidir: admission@chicagokentlaw.ge, m.meskhi@chicagokentlaw.gek.jeladze@chicagokentlaw.ge, Khadidja.Mammadova@bakermckenzie.com

Faydalı mənbələr:

Amerika Hüquq Məktəbi: www.salchicagokent.com

Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.edu

SAL Proqramı Çikaqo-Kent Universitetində: http://www.kentlaw.iit.edu/academics/llm‐programs/special‐llm‐and‐overseastraining/school‐of‐american‐law‐caucasus

 

Biznes Facebook səhifəsi: https://www.facebook.com/SALbaku/

Hüquq Məktəbini Mötəbər Edən Nədir: Çikaqo-Kent-ə Daxildən Baxış http://youtu.be/pKu1V5UTjUQ

Əlavə məlumat üçün SAL Proqramın Təsisçiləri ilə əlaqə saxlaya bilərsiniz: Ketevan Jeladze Maia Meskhi

Viber ilə əlaqə nömrəsi: +995 577 77 40 30;  +995 577 97 40 01

© Copyright SAL 2017.

Search