Azerbaijan Announcement

Azərbaycanlı hüquqşünaslar, vəkillər, hüquq təhsilinin son ilində olan tələbələr,
biznesin idarəedilməsi mütəxəssisləri və rəhbər vəzifələrdə olan şəxslər üçün
IIT, Çikaqo-Kent Hüquq Kolleci Tiflis, Gürcüstanda
və ardınca Çikaqo, IL, ABŞ-da 
75 % və 100%-lik Zəmanətli Təhsil Təqaüdlü Magistratura (LL.M) Proqramını Elan Edir
TOEFL ve İELTS olmadan qəbul

 

Amerikada yerləşən hüquq məktəbi – IIT, Çikaqo-Kent Hüquq Kolleci, Amerika Hüququ Məktəbi (SAL) ilə birlikdə azərbaycanlı hüquqşünaslar, vəkillər, hüquq təhsilinin son ilində olan tələbələr, biznesin idarəedilməsi mütəxəssisləri və rəhbər vəzifələrdə olan peşəkarlar üçün 75% və 100% -lik təhsil təqaüdlü əlaqəli iki proqram elan edir:

  1. Tiflis, Gürcüstanda Amerika Hüququ Məktəbinin (SAL) Proqramı və ardınca
  2. İllinoys, Çikaqo, ABŞ-da LL.M proqramı.

SAL proqramı Tiflis, Gürcüstanda iki semestri əhatə edir: yanvar – may 2021-ci il (birinci semestr) və oktyabr – dekabr, 2021-ci il (ikinci semestr). İki semestrdən ibarət olan proqram yalnız ABŞ-dan və Birləşmiş Krallıqdan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən ingiliscə tədris olunan 10 icbari fənndən ibarətdir: Beynəlxalq Biznes Əməliyyatları, E-Kommersiya, Onlayn Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Beynəlxalq Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı,  Təhlükəsiz Əməliyyatlar, Biznes Təşkilatları, Korporativ Maliyyə, Beynəlxalq Ticarət Hüququ.

Dərs rejimi ayda yalnız bir və ya iki kurs olmaqla, (semestrdə toplam beş kurs), yalnız həftəsonlarını 6 saatlıq mühazirədən ibarətdir. Ümumilikdə, hər semestrdə beş həftəsonu dərs baş tutur, bundan əlavə, tələbələrdən dərs öncəsi hazırlıq və dərsdən sonra intahan materiallarının təhvili gözlənilir. Səyahət məhdudiyyətləri və səyahət sonrası karantin tələblərinə görə, hazırda dərslər onlayn qaydada keçirilir. Yəni həftəsonu dərslərimiz canlı və rəqəmsal və ya tam rəqəmsal olaraq təqdim olunan mühazirələrlə hibrid öyrənmə rejimi kimi təqdim olunur. Təhsil qurumlarının (məktəb, universitet və s.) toplanmasına icazə verildiyi anda yenidən normal tədris rejimimizə – iştiraklı dərs rejiminə keçəcəyik, tələbələri yenidən siniflərdə görməyə şad olacaq və Çikaqodan professorlarımızı dərs verməyə dəvət edəcəyik. Gürcüstandan xaricdə yaşayan SAL tələbələsi üçün isə qarışıq strukturlu dərs rejimi davam edəcək, beləliklə, onlar 10 dərsdən 5-ini onlayn qaydada keçə biləcəklər.

SAL Proqramını bitirdikdən sonra məzunlar LL.M təhsillərinə  ABŞ-da, Çikaqo-Kent Hüquq Kollecində davam edirlər. Çikaqo-Kent-də magistr təhsili “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrə (beş aya) başa çatır. Hüquq təhsili üzrə magistratura dərəcəsi almaq üçün qanuni müddət SAL məzunları üçün 5 ay olur. SAL sertifikatı olan məzunlar, Çikaqoda LL.M dərəcəsini bir semestr tam günlük təhsili bitirməklə əldə edirlər. Eyni zamanda, onlar  təhsil (Ph.D) və  peşəkar (Vəkillik imtahanı) nailiyyətlərinin davamı üçün Çikaqo-Kent-də daha bir semester də oxumağı seçə bilərlər.

 

SAL və LL.M Proqramı məzunları əldə edəcəklər: 

    1. SAL Proqramını Tiflis, Gürcüstanda müvəffəqiyyətlə bitirmiş tələbələr – “Amerika Hüququ Məktəbini Bitirmə Sertifikatı” ilə təltif olunacaqlar. SAL və Çikaqo-Kent-in birgə verəcəyi bu sertifikat Çikaqo-Kent Hüquq Məktəbinin dekanı və SAL Programının rəhbəri tərəfindən imzalanacaqdır.
    2. Çikaqo-Kent Hüquq Məktəbini bitirdikdən sonra – “IIT tərəfindən LL.M diplomu, Çikaqo-Kent Hüquq Məktəbi”

 

Proqramın üstünlükləri

    • Tiflisdə baş tutacaq dərslərə proqramın qarışıq strukturlu tədris üsulu sayəsində canlı və onlayn (cari iş yerini tərk etmədən) qatılaraq faydalanmaq mümkündür. Qarışıq strukturlu tədris zamanı proqram 5 intensiv canlı və 5 onlayn kursdan ibarət olmaqla internet vasitəsilə tədris edilir.
    • SAL və LL.M proqramlarına müraciətlər edənlər üçün TOEFL və ya IELTS kimi imtahanların tələb olunmaması;
    • SAL proqramını bitirdikdən sonra Çikaqo-Kent LL.M proqramına güzəştlə və dərhal qəbul olunmaq;
    • SAL məzunu Çikaqo-Kent-də “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə M dərəcəsini bir təhsil ili əvəzinə bir semestrə ala bilər;
    • 100% və 75%-lik zəmanətli təhsil haqqı təqaüdləri;
    • SAL məzunlarına Çikaqo-Kent-də iki semestr ərzində ən çox tələb olunan istiqamətlər üzrə LL.M dərəcəsi qazana bilmə imkanı: Vəkillik, Beynəlxalq Əqli Mülkiyyət Hüququ, Maliyyə Xidməti Hüququ, Hüquqi İnnovasiya və Texnologiya. Çikaqo-Kent-də ixtisaslaşdırılmış LL.M proqramları ilk semestrə payızda başlayır. İxtisaslaşdırılmış LL.M proqramlarına yazda başlamaq mümkün deyil.
    • Çikaqo-Kent-də magistr dərəcəsi aldıqdan sonra tələbələrin 50%-75%-lik təqaüdlə doktoranturaya (Ph.D./SJD) qəbul olmaq imkanı;
    • SAL proqramı və Çikaqo-Kent-də təhsil müddətində təhsil haqqını 3 və daha çox dəfəyə ödəmə imkanı verən münasib ödəniş planı;
    • Çikaqo-Kent LL.M proqramına qəbulu növbəti üç akademik il ərzində təxirə salmaq; “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə LL.M. qazanmaq istəyən SAL məzunları M. təhsillərinə həm yaz, həm də payız semestrlərində başlaya bilərlər. Eyni zamanda məzunlar proqramı bir və ya iki semestrə bitirə bilirlər.
    • ABŞ ərazisində kampusdaxili və ya kampusdankənar iş imkanları;
    • ABŞ ərazisində təcrübə proqramları;
    • Dünyanın ən gözəl yerində yaşamaq şansı. Çikaqo–Kentin mərkəzi kampusu Çikaqo şəhərinin ürəyində- ölkənin yüksək səviyyəli hüquqi və maliyyə bazarlarının olduğu ərazidə yerləşir;
    • Güclü peşəkar şəbəkənin inkişafı, bütün ABŞ-ı əhatə edən fərqli mütəxəssislər cəmiyyəti ilə əlaqələrin qurulması gələcəkdə işçilərin və müştərilərin tapılmasında əvəssiz rol oynayacaqdır;

 

Proqramın namizədin karyerasına təsiri:

    • Ötən illər ərzində Çikaqo-Kent LL.M proqramını bitirən tələbələr məzun olduqdan sonra ABŞ Vəkillər imtahanını keçməklə və ABŞ-da bir illik iş icazəsinə (OPT) müraciət edərək karyeralarını qurmağa davam etmişlər.
    • Digərləri isə öz ölkələrinə hüquqa dair daha mükəmməl anlayışa və beynəlxalq, Avropa və ABŞ hüquqşünasları, hüquq firmaları və dövlət agentlikləri ilə işləyə bilmə bacarığına sahib hüquqşünaslar olaraq qayıtmışlar. Onların əksəriyyəti dərhal aparıcı biznes sənayeləri və yüksək səviyyəli hüquq şirkətləri tərəfindən işə alınmışlar.
    • Hər iki halda da Çikaqo-Kent SAL proqramı vasitəsi ilə əldə edilmiş biliklər və Çikaqoda qurulmuş əlaqələr məzunların şəxsi və peşəkar həyatına çox böyük dəyər qazandırmaqda davam edir.

 

Təhsil haqqı və təqaüd:

    • İqtisadi qeyri-sabitliyi və SAL dərslərinə qatılma məqsədli Tiflis səfəri xərclərini nəzərə alaraq, Çikaqo-Kent SAL Proqramının ilk il təhsil ödənişini 5,900 dollara Çikaqo-Kent Hüquq Kollecində LL.M proqramı üçün təhsil haqqının normalda 44,000 dollar olmasına baxmayaraq, SAL məzunları üçün 75%-lik zəmanətli təqaüddən sonra həmin məbləğ 10,000 dollara enir; LL.M proqramı üçün ödəniş tələbələr Çikaqoya gəldikdən sonra Çikaqo-Kent-də edilməlidir.
    • M proqramı üçün Çikaqo-Kent Hüquq Kolleci tərəfindən tam(100%) təqaüd təsis edilmişdir. Bu təqaüdü əldə etmək üçün tələbənin SAL imtahan nəticələrinə uyğun olaraq GPA minimum 3.8 olmalıdır. Çikaqo-Kent Hüquq Kollecinin dekanı və SAL-ın dünya üzrə rəhbəri müraciətlərə baxaraq bu şərtə ən layiqli namizədi seçəcəklər.
    • Çikaqo-Kent Hüquq Kollecində fakültativ olan ikinci semestr üçün ödəniş (istəyə bağlı ikinci semestr və iki-semestrli ixtisaslaşdırılmış LL.M proqramları üçün) 7,250 dollar təşkil edir.

 

Kimlər müraciət edə bilər?

    • Çikaqo-Kent-də M proqramı ilə maraqlananlar hüquq üzrə bakalavr dərəcəsinə malik olan namizədlər (LL. B)  və ya  hüquq təhsilinin son ilində olan tələbələr olmalıdır.
    • Biznesin İdarəedilməsi ixtisası üzrə dərəcəsi olan və menecerlik vəzifəsində üç ildən artıq peşəkar təcrübəyə sahib və ya peşəkar irəliləyiş potensialı sərgiləyən rəhbər vəzifələrdə çalışan şəxslər. Namizədlərin proqramda iştirak etməyə ehtiyac duyması və proqramdan yararlanma potensialının göstərilməsi vacibdir.
    • Biznes hüququ təhsilini təkmilləşdirmək və SAL və Çikaqo-Kent müştərək sertifikatına sahib olmaq istəyən istənilən ali təhsilli namizəd (bakalavr diplomu olan və ya universitet və bu kimi bakalavr dərəcəsi verən digər ali təhsil müəssisələrində təhsilin son ilində olan tələbələr) SAL Proqramına müraciət edə bilər.

Müraciət üçün son tarix: 20 yanvar 2021.

 

Namizədlər aşağıda qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər:

  • İngilis dilində CV;
  • Bir ədəd Azərbaycan dilindən ingilis dilinə tərcümə edilmiş və ya ingilis dilində tövsiyə verən şəxsin əlaqə nömrələri qeyd edilməklə tövsiyə məktubu;
  • Passport və/və ya şəxsiyyəti təsdiq edən sənəd pasportun surəti;
  • Diplomun və ya Bakalavr tələbələri üçün universitet arayışının elektron surəti/surətləri.

 

Sənədlər aşağıdakı ünvanlara göndərilməlidir: admission@chicagokentlaw.ge, r.warner@chicagokentlaw.ge, k.jeladze@chicagokentlaw.ge , m.meskhi@chicagokentlaw.ge

 

Məşğulluq Məsələləri:

İki semestri bitirdikdən sonra LL.M məzunları kampusdankənar işləyə bilərlər. Kampusdankənar bütün işlər üçün iş icazəsi tələb olunur və iş icazəsi ödənişli təcrübi təlim məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. F1 vizası olan məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan hesablanan 12 aylıq Könüllü Təcrübi Hazırlıq (OPT) üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına sahib olan və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir.

 

Vəkillik imtahanı:

Vəkillik imtahanı ölkə səviyyəsində fevral və iyul aylarında keçirilir. Vəkilliyə qəbul şərtləri ştatdan ştata dəyişdiyinə görə tələbələrə daha dəqiq məlumat əldə etmələri üçün öz ştatlarının vəkillik qurumunun rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə edilir. Müxtəlif imtahanlar barədə daha ətraflı məlumat almaq və dövlət vəkillik qurumlarının rəsmi internet səhifələrinə keçidlər əldə etmək üçün Vəkillik İmtahanları Təşkilatçılarının Milli Konfransı nın rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə olunur.

 

Universitet

İllinoys Texnoloji İnstitutu müxtəlif araşdırma proqramları üzrə Ph.D dərəcəsi verən universitetdir. Bu təhsil müəssisəsi dünya üzrə qloballaşmış hüquq bazarının daxili əlaqələrini anlamaq üçün mükəmməl mövqedədir. Çikaqo-Kent Hüquq Kolleci İllinoys Ştatında ikinci ən qədim hüquq məktəbidir. Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Vəkillər Kollegiyası tərəfindən akkreditasiya, 1951-ci ildə isə Amerika Hüquq Məktəbləri Assosiasiyasına üzvlük əldə etmişdir. “US News & World Report” Amerika hüquq məktəblərinin ən çox tələb olunan və tanınmış proqramlarının sıralamasında Çikaqo-Kent Kollecinin aşağıdakı proqramlarını  göstərmişdir: Vəkillik – 5-ci yer, Əqli Mülkiyyət Hüququ -13-cü yer, Hüquqi Yazı- 17-ci yer “US News & World Report”-un verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin tələbələrinin məzuniyyətdən dərhal sonra işə qəbul səviyyəsi 9 ay ərzində 66.2% və 90.7% arasında olmuşdur.

 

Faydalı mənbələr:
Amerika Hüquq Məktəbi: www.salchicagokent.com
Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.edu
Hüquq Məktəbini Mükəmməl Edən Nədir: Çikaqo-Kent-ə Daxildən Baxış

 

Əlavə məlumat üçün əlaqə saxlayın: 

Rövşən Bağırov, SAL-in Azərbaycandakı rəsmi nümayəndəsi:
+994 50 254 9292

Ketevan Jeladze,  həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya
k.jeladze@chicagokentlaw.ge, kjeladze@kentlaw.iit.edu
LinkedIn: Ketevan Jeladze
+995 577 97 40 01 (Viber, WatsApp, Regular)

Maia Meskhi, həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya
m.meskhi@chicagokentlaw.ge mmeskhi@kentlaw.iit.edu
LinkedIn: Maia Meskhi
+995 577 77 40 30 (Viber, WatsApp, Regular)