Azerbaijan Short Announcement

ABŞ-da 75% – 100% Təqaüdlə Hüquq üzrə Magistr (L.L.M) təhsili

 

Çikaqo-Kent Hüquq Kolleci, İllinoys Tech – ABŞ-da yerləşən yüksək reytinqli Hüquq Məktəbi olan School of American Law (SAL) hüquqşünas, vəkil, prokuror və bakalavr təhsilinin son kurs tələbələri üçün 75% və 100% təhsil təqaüdü şansı ilə hüquq sahəsində qarşılıqlı əlaqəli iki proqram elan edir.

Başlanğıc mərhələ – Tbilisi, Gürcüstanda Amerika Hüquq Məktəbi (SAL) Proqramı

Başlanğıc mərhələ – Tbilisi, Gürcüstanda Amerika Hüquq Məktəbi (SAL) Proqramı

ƏSAS FAYDALAR:

  • Pandemiya zamanı təhsil rejimi tam onlayn və ya qismən onlayndır
  • LL.M kreditlərinin bir hissəsi öz ölkənizdən qazana bilərsiniz
  • TOEFL ve IELTS olmadan qəbul qazana bilərsiniz

SAL Proqramının Təsviri:

  • 2022-ci ilin sentyabrından 2023-cü ilin mayına qədər 10 icbari kurs
  • Pandemiya sonraki vəziyyəti nəzərə alaraq tələbələr aşağıdakı bu iki seçimdən birini edə bilərlər:
    • 10 kursun hamısını onlayn qaydada almaq və yaxud
    • sentyabr-dekabr ayları ərzində 5 kurs onlayn və fevral-may ayları arasında isə 5 kursu əyani şəkildə Tbilisidə (Gürcüstan) keçmək
  • Bütün 10 kurs ayda bir dəfə olmaqla həftə sonları keçiriləcək
  • Bütün professorlar Çikaqo-Kenti təmsil edirlər
  • Sertifikat SAL və Chicago-Kent tərəfindən veriləcək
  • TOEFL və ya IELTS tələbi yoxdur
  • Dil biliklərini təkmilləşdirməli olan SAL-a qəbul olunmuş tələbələrə bir aylıq intensiv hüquqi ingilis dili kursu pulsuz təklif olunacaq
  • SAL Proqramının təhsil haqqı aşağıdakı kimi müəyyən edilir:
    • Tək ödəmə zamanı 7 500 ABŞ dolları
    • Dörd bərabər hissəvi ödəniş zamanı 7 900 ABŞ dolları
  • Qəbul komissiyası SAL-a müraciət edənlərin müsahibə zamanı özünü nümayişi, akademik nailiyyətləri, peşəkar nailiyyətləri, hüquqi ictimaiyyətə təsiri və digər peşəkar səriştələri nəzərə alaraq 1000-1500 ABŞ dollarına qədər təqaüd ayırır.

Müraciət üçün son tarix 25 iyun 2022-ci ildir

Namizədlər aşağıda qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər:

    • Sizin haqqınızda tövsiyyə verə biləcək iki şəxsin adı və əlavə məlumatları daxil olmaqla CV-niz
    • Keçən il bakalavr tələbələri üçün diplomların və ya universitet arayışının surəti
    • Pasport və şəxsiyyət vəsiqəsinin surəti
    • Yüksək keyfiyyətli profil şəkli

Sənədlər aşağıdakı hər üç e-ünvanına göndərilməlidir:

Siz onlayn ərizə formasını da doldura bilərsiniz

Son mərhələ -Çikaqo, IL, ABŞ, Çikaqo-Kent Hüquq Kollecində LL.M

Son mərhələ - Çikaqo, IL, ABŞ, Çikaqo-Kent Hüquq Kollecində LL.M

ƏSAS FAYDALAR:

  • Hər bir SAL məzununa üçün 75%-lik təqaüd ,ən yaxşı məzunlarına isə100%-lik təqaüd
  • LL.M zamanı və ondan sonra iki il ərzində həm təhsil, həm də iş imkanı
  • SAL-ı bitirdikdən dərhal sonra və ya üç il ərzində Çikaqoda fərdi təhsil

LL.M Proqram Təsviri:

  • SAL proqramını başa vurduqdan sonra, avqust-dekabr və ya yanvar-may aylarında ABŞ, Beynəlxalq və Transmilli Hüquq üzrə Çikaqo-Kentdən LL.M dərəcəsi qazanmaq üçün yalnız bir semestr kifayətdir.
  • İxtisaslaşdırılmış LL.M iki semestr tələb edir – Bura Məhkəmə vəkilliyi üzrə LL.M, Beynəlxalq Əqli Mülkiyyət Hüququ üzrə LL.M, Maliyyə Xidmətləri Hüququ üzrə LL.M, Hüquqi İnnovasiyalar və Texnologiyalar üzrə LL.M daxildir
  • Təklif olunan LL.M-də onlayn təhsil seçimi yoxdur və tələbələr LL.M təhsilini almaq üçün Çikaqoda şəxsən olmalıdırlar.
  • SAL-da oxuyarkən və Çikaqoya yola düşməzdən əvvəl SAL rəhbərliyi və Çikaqo-Kent sizə İTİ-nin mənzil ofisi vasitəsilə səyahət, viza sənədləri, yaşayış üçün lazım olan bütün təlimatları verəcəkdir.
  • LL.M üçün TOEFL və ya IELTS imtahan tələbi yoxdur, çünki SAL sizi TOEFL imtahanından azad edir
  • 75% təhsil təqaüdünə zəmanət verilir
  • 100% təhsil təqaüdü yalnız yekun GPA 3.8 olan SAL məzunlarına veriləcək

SAL məzunları üçün LL.M təhsil haqqı aşağıdakı kimi müəyyən edilir:

    • 43 000 ABŞ dolları əvəzinə, hissə-hissə ödənilə bilən 10 000 ABŞ dolları
    • İkinci seçimli semestr üçün hissəvi ödənilə biləcək 7 250 ABŞ dolları
  • LL.M təhsili zamanı siz ABŞ-da staj və təcrübə keçmək imkanı əldə edəcəksiniz

Çikaqo-Kentdə LL.M təhsili SAL-ı bitirdikdən dərhal sonra və ya üç tədris ili ərzində başlaya bilər (Qəbulun Təxirə salınması)

  • Əgər siz Çikaqo-Kentdə iki semestr bitirmisinizsə, Könüllü Praktiki Təlim əsasında ABŞ-da işləyə bilərsiniz
  • Əgər siz Çikaqo-Kentdə iki semestr bitirmisinizsə, Nyu Yorkda və ya başqa ştatlarda BAR imtahanı verə bilərsiniz.
  • Çikaqo-Kent dünyanın ən yaxşı məkanlarından birində yerləşir – kampus Çikaqonun mərkəzində yerləşir – Çikaqo ölkənin ən yaxşı hüquqi və maliyyə bazarlarından biridir.
  • US WORLD reyting agentliyinin dəyərləbdirməsinə görə, Çikaqo-Kent aşağıdakılara görə ən yüksək reytinqə malikdir:
  • Əqli Mülkiyyət Hüququ sahəsində N1
  • Hüquq Xidmətləri İnnovasiyası və Texnologiyaıarı sahədində N2
  • Çikaqodakı N3 Çikaqo-Kent Fakültəsi
  • Məhkəmə vəkilliyində N4
  • hüquqi sənədlərin hazırlanması N17

Çikaqo-Kent məzunu məşğulluq əmsalı:

  • Məzun olduqdan dərhal sonra – 66,2%
  • Məzun olduqdan sonra 9 ay ərzində – 90,7%

Çikaqo-Kentin Məzun Kollegiya Keçid Əmsalı: Advokarlr?

  • İlk dəfədən keçid əmsalı – bütün yurisdiksiyalar üzrə 73,94%
  • Son başvurudan keçid əmsalı – LL.M məzunu olduqdan sonra iki il ərzində 90,82 %

Kimlər müraciət edə bilər?

Çikaqo-Kent-də  LL.M proqramına kimlər müraciət edə bilər

  • Hüquq üzrə bakalavr dərəcəsinə malik olan namizədlər (LL. B) və ya  hüquq təhsilinin son ilində olan tələbələr.
  • Biznesin İdarəedilməsi ixtisası üzrə dərəcəsi olan və menecerlik vəzifəsində üç ildən artıq peşəkar təcrübəyə sahib və ya peşəkar inkişaf potensialı sərgiləyən rəhbər vəzifələrdə çalışan şəxslər. Namizədlərproqramda iştirak etməyə ehtiyacını və proqramdan yararlanma potensialını əsaslandırılmalıdır

 Məşğulluq haqda:

İki semestri bitirdikdən sonra LL.M məzunları kampusdankənar işləyə bilərlər. Kampusdankənar bütün işlər üçün iş icazəsi tələb olunur və iş icazəsi ödənişli təcrübi təlim məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. F1 vizası olan məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan etibarən 12 aylıq Könüllü Təcrübi Hazırlıq (OPT) üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına sahib olan və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir.

Universitet haqqında

İllinoys Texnoloji İnstitutu müxtəlif araşdırma proqramları üzrə Ph.D dərəcəsi verən universitetdir. Bu təhsil müəssisəsi dünya üzrə qloballaşmış hüquq bazarının daxili əlaqələrini anlamaq üçün mükəmməl mövqedədir. Çikaqo-Kent Hüquq Kolleci İllinoys Ştatında hüquq təhsili verən ikinci ən qədim universitetdir. Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Vəkillər Kollegiyası tərəfindən akkreditasiya qazanmış, 1951-ci ildə isə Amerika Hüquq Məktəbləri Assosiasiyasına üzvlük əldə etmişdir. “US News & World Report” Amerika hüquq təhsili verən universitetlərin ən çox tələb olunan və tanınmış proqramlarının sıralamasında Çikaqo-Kent Kollecinin aşağıdakı proqramlarını  yer alıb: Vəkillik – 5-ci yer, Əqli Mülkiyyət Hüququ -13-cü yer, Hüquqi Yazı- 17-ci yer “US News & World Report”-un verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin tələbələrinin məzun olduqdan dərhal sonra işə qəbul əmsalı 9 ay ərzində 66.2% ilə 90.7% arasında olmuşdur.

Əlavə məlumat üçün əlaqə saxlayın: 

Rövşən Bağırov

SAL-in Azərbaycandakı rəsmi nümayəndəsi:

Email: [email protected]

Tel: +994 50 3359979 (WatsApp)

Ketevan Jeladze,  həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya

[email protected], [email protected]

Tel: +995 577 97 40 01 (Viber, WatsApp, Regular)

Maia Meskhi, həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya

[email protected] [email protected]

Tel: +995 577 77 40 30 (Viber, WatsApp, Regular)